RU

Avropa Çempionatında iştirak edən Azərbaycan gimnastları ölkəyə qayıdıblar (VİDEO)

Bakı. Trend:

8-12 aprel tarixlərində Portuqaliyanın Portimao şəhərindəkeçirilən batut gimnastikası və tamblinq üzrə Avropa Çempionatındaiştirak edən Azərbaycan idmançıları ölkəyə qayıdıblar.

Trend xəbərverir ki, gimnastlarımızı Heydər Əliyev Beynəlxalq Aeroportu idmanictimaiyyəti, media nümayəndələri, idmançıların yaxınları və digərşəxslər qarşılayıblar.

Qeyd edək ki, Avropa Çempionatı Azərbaycan gimnastikası üçünəlamətdar nəticələrlə yekunlaşıb.

Ölkəmiz bu mötəbər yarışda gənclər və böyüklər yaşkateqoriyalarında ümumilikdə 23 gimnastla təmsil olunub vəidmançılarımız yarış boyunca yüksək performans nümayişetdiriblər.

Təsnifat mərhələlərindən uğurla keçən gimnastlarımız bir sırakateqoriyalar üzrə yarımfinal və final mərhələlərində mübarizəaparıblar. Batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudovaçempionatı 56.550 xalla 4-cü, Maqsud Mahsudov isə 60.080 xalla 6-cıpillədə tamamlayıb.

Избранный
17
3
az.trend.az

4Источники