AZ

Avropa Çempionatında iştirak edən Azərbaycan gimnastları ölkəyə qayıdıblar

Bakı. TurkicWorld

8-12 aprel tarixlərində Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa Çempionatında iştirak edən Azərbaycan idmançıları ölkəyə qayıdıblar.

TurkicWorld xəbər verir ki, gimnastlarımızı Heydər Əliyev Beynəlxalq Aeroportu idman ictimaiyyəti, media nümayəndələri, idmançıların yaxınları və digər şəxslər qarşılayıblar.

Qeyd edək ki, Avropa Çempionatı Azərbaycan gimnastikası üçün əlamətdar nəticələrlə yekunlaşıb.

Ölkəmiz bu mötəbər yarışda gənclər və böyüklər yaş kateqoriyalarında ümumilikdə 23 gimnastla təmsil olunub və idmançılarımız yarış boyunca yüksək performans nümayiş etdiriblər.

Təsnifat mərhələlərindən uğurla keçən gimnastlarımız bir sıra kateqoriyalar üzrə yarımfinal və final mərhələlərində mübarizə aparıblar. Batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova çempionatı 56.550 xalla 4-cü, Maqsud Mahsudov isə 60.080 xalla 6-cı pillədə tamamlayıb.

Seçilən
0
3
turkic.world

4Mənbələr