RU

Zəriflik və Məsuliyyətin Vəhdəti: Akademik Zərifə Əliyeva

Yeniazerbaycan saytından verilən məlumata görə, ain.az xəbər verir.

Zərifə xanım Əliyeva 1923-cü ildə Naxçıvanın qədim Şahtaxtı kəndində, görkəmli dövlət xadimi Əziz Əliyevin ocağında dünyaya gəlib. Bu ailədə aldığı tərbiyə, vətənə sevgi və məsuliyyət hissi onun gələcək taleyini müəyyənləşdirib. Zərifə xanımın xarakterindəki dözümlülük və elmə bağlılıq onun doğulub boya-başa çatdığı ailə mühitindən gəlirdi. Atası, görkəmli dövlət xadimi və həkim Əziz Əliyev Azərbaycan səhiyyəsinin qurucularından biri idi. Belə bir mühitdə böyümək gənc Zərifə xanım üçün həm böyük bir məsuliyyət, həm də tükənməz bir ilham mənbəyi idi. 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra o, Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisaslaşaraq vətənə qayıtdı və taleyini doğma xalqının sağlamlığına həsr etdi.

     Zərifə xanım Əliyeva üçün həkimlik sadəcə peşə deyil, bir vicdan missiyası idi. Onun müəllifi olduğu "Həkimin etikası və deontologiyası" əsəri bu gün də hər bir tibb işçisi üçün mənəvi bələdçidir. O, xəstəyə təkcə dərmanla deyil, həm də xoş söz və qayğı ilə yanaşmağın müalicəvi əhəmiyyətini vurğulayırdı.Ötən əsrin ortalarında Azərbaycanda görmə qabiliyyətini itirmək təhlükəsi yaradan traxoma xəstəliyi bir epidemiya halını almışdı. Xüsusilə rayonlarda bu xəstəlik kütləvi xarakter daşıyırdı. Zərifə xanım laboratoriya otaqlarından çıxaraq Azərbaycanın ən ucqar kəndlərinə gedir, xəstələri yerindəcə müayinə edirdi.Onun apardığı tədqiqatlar nəticəsində traxomanın müalicəsində sintomisin antibotikinin tətbiqi elmi əsaslarla sübut olundu. Bu, o dövr üçün böyük bir sıçrayış idi. Məhz Zərifə xanımın fədakar əməyi sayəsində bu qorxulu xəstəlik Azərbaycanda tamamilə ləğv edildi. O, xalqın gözlərinə təkcə nuru deyil, həm də sabaha olan ümidi qaytardı.

 Zərifə xanım eyni zamanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və mənəvi dayağı idi. O, böyük bir dövlət xadiminin xanımı olmaqla bərabər, həm də dövlət başçısı cənab İlham Əliyevin şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynamış bir anadır. Onun zərifliyi, kübarlığı və sadəliyi Azərbaycan qadınının ideal obrazını təcəssüm etdirirdi.Zərifə xanımın həyatını ulu öndər Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil. O, Azərbaycanın taleyini dəyişən dahi liderin ən yaxın sirdaşı, mənəvi dayağı və vəfalı ömür-gün yoldaşı idi. Heydər Əliyev hər zaman vurğulayırdı ki, onun dövlətçilik fəaliyyətində qazandığı uğurların arxasında Zərifə xanımın yaratdığı möhkəm ailə ocağı və mənəvi dəstəyi dayanır.

Bu gün Zərifə xanım Əliyevanın adı ölkəmizin aparıcı tibb müəssisələrinə, küçələrinə verilib. Lakin onun ən böyük abidəsi müalicə etdiyi minlərlə insanın işıqlı baxışları və xalqımızın ona olan sonsuz ehtiramıdır.

Nicat Ələkbərov

YAP  Şahbuz rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
yeniazerbaycan.com

1Источники