
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşüb.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmsöhbətlər Ermənistan-Aİ tərəfdaşlığının strateji gündəliyinin ardıcıl şəkildə həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Qeyd olunub ki, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Daşqın HəsənovMissiya.Az