RU

"Oyunu üzərinə götürəcək lider futzalçımız yoxdu" - Yevgeni Kukseviç

Futzal üzrə millimizin baş məşqçisi Yevgeni Kukseviç Qazaxıstan millisinə uduzduqları (2:9) yoldaşlıq oyunu haqda fikirlərini bölüşüb.

"Football-plus.az" Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi ilk növbədə rəqib azarkeşlərin yaratdığı ab-havadan və Qazaxıstan futzalının səviyyəsindən danışıb:

“Bu cür atmosferdə oynamaq çox çətindi. Azarkeşlər zalı doldurmuşdular, oyun zamanı dayanmadan öz dəstəklərini göstərdilər. Komandamız üçün hər oyun təcrübə qazanmaq baxımdan vacibdi. Qazaxıstan millisinin heyətində dəyişiklik olsa da, onlar “dördlüy"ü və sistemi saxlayıblar. Yeni gələn futzalçılar isə onlara dəstək ola bilir. Çünki güclü, rəqabətli çempionatları var. Biz isə hələ sxemi və sistemi qurmamışıq. Bugünkü oyunda demək olar, bütün üstünlüyü rəqibə verdik. Gürcüstanla oyunlarda topu özümüzdə saxlayırdıq, hücumlar qururduq. Bu gün meydanda nəzarət tamamilə rəqibdə idi".

Mütəxəssis komandanın psixoloji durumu və sıx oyun qrafiki barədə də fikirlərini bildirib:

"Qısa vaxtda ardıcıl qollar buraxırıq. Çünki oyunu üzərinə götürəcək lider futzalçımız yoxdu. Hər dəfə tapşırılır ki, əsəblərinizə hakim olun, soyuqqanlılığınızı qoruyun. Bu da psixoloji durumla bağlıdı. Bununla bağlı nə qədər söhbət aparsaq da, oyun zamanı dediyimizin əksini görürük. Bu görüşləri danışan zamanı çətin olacağını bilirdik. Qısa vaxtda 4 oyun keçirmək ağırdı, lakin milli üçün faydalıdı”.
Избранный
1
3
football-plus.az

5Источники