AZ

Yevgeni Kukseviç: “Oyunu üzərinə götürəcək lider futzalçımız yoxdur”

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Bu cür atmosferdə oynamaq çox çətindir. Azarkeşlər zalı doldurmuşdular, oyun zamanı dayanmadan öz dəstəklərini göstərdilər”.

İdman.Biz bildirir ki, bu sözləri futsal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç Qazaxıstanla yoldaşlıq görüşündən sonra deyib.

Oyun Qazaxıstan millisinin xeyrinə qurtarıb – 9:2.

“Komandamız üçün hər bir oyun təcrübə qazanmaq baxımından vacibdir.

Qazaxıstan millisinin heyətində dəyişiklik olsa da, onlar “dördlüyü” və sistemi saxlayıblar. Yeni gələn futzalçılar isə onlara dəstək ola bilir. Çünki güclü, rəqabətli çempionatları var. Biz isə hələ sxemi və sistemi qurmamışıq.

Bugünkü oyunda demək olar, bütün üstünlüyü rəqibə verdik. Gürcüstanla oyunlarda topu özümüzdə saxlayırdıq, hücumlar qururduq. Bu gün meydanda nəzarət tamamilə rəqibdə idi.

Qısa vaxtda ardıcıl qollar buraxırıq. Çünki oyunu üzərinə götürəcək lider futzalçımız yoxdur. Hər dəfə tapşırılır ki, əsəblərinizə hakim olun, soyuqqanlılığınızı qoruyun. Bu da psixoloji durumla bağlıdır. Bununla bağlı nə qədər söhbət aparsaq da, oyun zamanı dediyimizin əksini görürük.

Bu görüşləri danışan zamanı çətin olacağını bilirdik. Qısa vaxtda 4 oyun keçirmək ağırdır, lakin milli üçün faydalıdır”, - Kukseviç bildirib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
icma.az

5Mənbələr