Aprelin 14-də “Böyük Qayıdış” Proqramı çərçivəsində növbəti köç reallaşıb.
Aznews.az xəbər verir ki, bu gün Ağdərə rayonunun Aşağı Oratağ kəndinə 56 nəfərdən ibarət 9 ailə köçürülüb. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər, onlara yaradılan müasir yaşayış şəraitinə görə minnətdarlıqlarını bildiriblər.