RU

SON DƏQİQƏ! Qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK davam edəcək

Azərbaycanda son günlər müşahidə olunan dəyişkən hava şəraiti fonunda yağışlı günlərin sayı artıb. Xüsusilə paytaxt Bakı və Abşeron yarımadasında yağıntıların intensivləşməsi gündəlik həyata da təsirsiz ötüşmür.

Mövcud vəziyyət fonunda isə əsas sual yaranır ki, yağışlar həftə ərzində də davam edəcəkmi?

GULSAD.jpg

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Musavat.com-a açıqlamasında bildirib ki, aprelin 14-də Bakıda və Abşeron yarmadasında müşahidə olunan yağıntılı hava şəraiti 15-i gündüzədək davam edəcək:

“Yarmadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu isə 12-16 dərəcə olacağı gözlənilir. Bölgələrdə də hazırda yağıntılı hava şəraiti davam edir. Dağlıq ərazilərə isə qar yağır. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 15-i isə gündüz yağıntılar tədricən kəsiləcək. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq, dağ çaylarından isə qısa müddətə sel keçəcəyi ehtimalı var.

Aprelin 16-da Bakıda və Abşeron yarmadasında hava şəraitinin sabitləşəcəyi, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi üstünlük təşkil edəcək”.

Şahanə Rəhimli
Musavat.com

Избранный
25
9
musavat.com

10Источники