RU

“Pasxa atəşkəsi” zamanı Ukrayna tərəfindən minlərlə pozuntu qeydə alınıb - Kreml

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna tərəfindən elan edilən “pasxa atəşkəsi” dövründə ciddi sayda pozuntuların qeydə alındığını bildirib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Peskov mətbuat brifinqində çıxışı zamanı qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, atəşkəs rejimi müddətində Ukrayna tərəfi təxminən 6 min dəfə razılaşmanı pozub. Onun sözlərinə görə, “rəqəmlər vəziyyətin miqyasını aydın şəkildə göstərir”.

Kreml nümayəndəsi əlavə edib ki, əldə olunan məlumatlar Rusiya tərəfinin atəşkəsin icrasına dair qiymətləndirmələrində əsas göstərici kimi nəzərə alınır.

NURİYYƏ

Избранный
30
1
redaktor.az

2Источники