RU

Çin Hörmüz boğazının açılmasını tələb edir

Bakı. Trend:

Çin hakimiyyəti Hörmüz boğazında normal gəmiçiliyin bərpaolunmasını tələb edir və onun Amerika Birləşmiş Ştatları tərəfindənblokadaya alınmasını məsuliyyətsiz addım hesab edir.

Trend xaricimediaya istinadən xəbər verir ki, bunu Çin Xalq RespublikasınınXarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tsakün bildirib.

“Artıq maraqlı tərəflərin müvəqqəti atəşkəs barədə razılığagəldiyi bir şəraitdə ABŞ tərəfindən hərbi mövcudluğun artırılmasıvə məqsədli blokada əməliyyatlarının aparılması yalnızziddiyyətlərin dərinləşməsinə və gərginliyin artmasına gətiribçıxaracaq,” - deyə o brifinqdə vurğulayıb.

“Çin hər bir tərəfin atəşkəs razılaşmalarına ciddi əməletməsində israrlıdır, diqqətin dialoq və sülh danışıqlarınayönəldilməsini istəyir ki, boğazda normal gəmiçilik ən qısa zamandabərpa olunsun”, - nümayəndə bildirib.

Çin diplomatı əlavə edib ki, Hörmüz boğazının ABŞ tərəfindənblokadaya alınması “təhlükəli və məsuliyyətsiz addımdır”.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Məqalədə:
Избранный
17
az.trend.az

1Источники