RU

Türkiyədə liseyə silahlı hücum olub, 16 nəfər yaralanıb, hadisəni törədən özünü öldürüb - YENİLƏNİB

Türkiyədə liseyə silahlı hücum nəticəsində 16 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Qeyd olunub ki, hadisəni törədən məktəbli özünü öldürüb.

Həmçinin, bildirilib ki, yaralıların əksəriyyəti şagirddir.

Yaralılardan birinin vəziyyəti ağırdır.

Türkiyədə məktəbə silahlı hücum olub.

"Report" xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Qeyd olunub ki, hadisə ölkənin Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib. Məktəbə tüfənglə daxil olan bir nəfərin ətrafa atəş açması nəticəsində, ilkin məlumata görə, 7 nəfər yaralanıb.

Hücum edən şəxsin də məktəbli olduğu və şagirdlərdən bəzilərini girov götürdüyü bildirilir.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası və xüsusi təyinatlı polis qüvvələri cəlb olunub.

Избранный
3
far.az

1Источники