Ermənistan Milli Məclisinin sədri Alen Simonyan İstanbulda həmkarları, o cümlədən Gürcüstan və Azərbaycan parlamentlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.
Publika.az xəbər verir ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko ilə qeyri-rəsmi görüş də mümkündür.
Simonyan bunu jurnalistlərə bildirib və görüşlərin aprelin 15-dən 19-dək İstanbulda keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində planlaşdırıldığını bildirib.
"Hazırda iki həmkarımla - Gürcüstan və Azərbaycan parlamentlərinin rəhbərləri ilə görüşlər planlaşdırılır", - deyə o qeyd edib.