AZ

Simonyanın İstanbul planı: Sahibə Qafarova ilə görüşəcək, Matvienko ilə...

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan İstanbulda həmkarları, o cümlədən Gürcüstan və Azərbaycan parlamentlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Publika.az xəbər verir ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko ilə qeyri-rəsmi görüş də mümkündür.

Simonyan bunu jurnalistlərə bildirib və görüşlərin aprelin 15-dən 19-dək İstanbulda keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində planlaşdırıldığını bildirib.

"Hazırda iki həmkarımla - Gürcüstan və Azərbaycan parlamentlərinin rəhbərləri ilə görüşlər planlaşdırılır", - deyə o qeyd edib.

Seçilən
11
publika.az

1Mənbələr