RU

Vergi ödəyicilərinə xidmət mərkəzlərində 200 mindən çox xidmət göstərilib

2026-cı ilin yanvar – mart ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 139.465 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 228.718 sayda xidmət göstərilib.

Xidmət mərkəzlərində ən çox göstərilən əməliyyat xarakterli müraciətlər aşağıdakılardan ibarət olub və ümumi xidmətlərin sayında xüsusi çəkisi 54,7% təşkil edib:

  • Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
  • Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
  • Asan İmza sertifikatlarının verilməsi;
  • Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
  • Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
  • Vergi ödəyicisinə arayışların verilməsi;
  • Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);
  • Fiziki şəxsin uçotdan çıxarılması.

Yanvar – mart ayları ərzində vergi ödəyicilərinin 8,2 min yazılı müraciəti cavablandırılıb, onlara 8,2 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib. Həmin dövr ərzində 1.602 vergi ödəyicisinin iştirakı ilə 103 görüş keçirilib, 1.604 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 355,6 min sayda SMS göndərilib.

Yanvar – mart aylarında ümumilikdə 72.735 müraciət üzrə 113.041 Asan İmza sertifikatı verilib.

Избранный
2
8
vergiler.az

9Источники