Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
2026-cı ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 54.844 müraciət üzrə 85.614 Asan İmza sertifikatı verilib.
Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, hesabat dövründə vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 107.525 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 179.074 sayda xidmət göstərilib.
Dövr ərzində vergi ödəyicilərinin 5,8 min yazılı müraciəti cavablandırılıb, onlara 6,6 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib. Həmin dövr ərzində 1.310 vergi ödəyicisinin iştirakı ilə 76 görüş keçirilib, 1.142 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 266,3 min sayda SMS göndərilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.