RU

Tramp bu dəfə "McDonald's" sifariş VERDİ

ABŞ prezidenti Donald Tramp maraqlı addımı ilə gündəmə gəlib.

Ölkə.az xəbər verir ki, o, “çaypulu vergidən azad edilsin” siyasətinin faydalarını göstərmək üçün Ağ Evə "DoorDash" vasitəsilə "McDonald's" sifarişi təşkil edib.

Bu simvolik addım zamanı Arkansas ştatından olan və “DoorDash nənəsi” kimi tanınan Şeron Simmons da təqdim olunub. O bildirib ki, həyat yoldaşının xərçəng müalicəsi üçün bütün yığımlarını xərclədikdən sonra bu siyasət onun gələcək xərclərini qarşılamağa kömək edə bilər.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bu addım həm də seçkiöncəsi iqtisadi mesaj kimi qiymətləndirilir.

Həmidə İbrahimova

Избранный
17
1
olke.az

2Источники