RU

Fiziki məhdudiyyətliqadın sahibkarlar arasında əməkdaşlıq genişlənə bilər

Azərbaycanda fiziki məhdudiyyətli qadınların yaradıcılıq potensialının inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyə ilə birgə təşəbbüslər müzakirə olunur.

Əlil qadınlar cəmiyyətinin sədri Məhluqə Rəhimova bildirib ki, Azərbaycanda fiziki qüsurlu qadınların hazırladığı əl işlərinin Türkiyədəki analoji qadın təşəbbüsləri ilə əməkdaşlıq çərçivəsində inkişaf etdirilməsi vacibdir.

Onun sözlərinə görə, Türkiyədə bu kateqoriyadan olan qadınların məhsulları sərgilərə çıxarılır və bu təcrübənin Azərbaycanda tətbiqi faydalı ola bilər.

Türkiyəli deputat Çidem Ərdoğan isə Azərbaycandan olan qadın sahibkarlarla əməkdaşlığa hazır olduqlarını deyib.

“Azərbaycandan olan qadınları Türkiyəyə dəvət edə, onları yerli qadın sahibkarlarla bir araya gətirərək əməkdaşlıq imkanları yarada bilərik”, — o qeyd edib.

Ərdoğan əlavə edib ki, Türkiyə Böyük Millət Məclisi nəzdində qadın kooperativlərinin iştirakı ilə xüsusi sərginin təşkili planlaşdırılır.

Onun sözlərinə görə, bu təşəbbüsə Azərbaycan Milli Məclisinin də cəlb edilməsi mümkündür və azərbaycanlı qadınların məhsulları Türkiyə parlamentində nümayiş etdirilə bilər.

Deputat vurğulayıb ki, iki ölkə arasında mövcud əməkdaşlıq çərçivəsində qadın sahibkarlığının inkişafı üçün geniş imkanlar mövcuddur.

“Bu istiqamətdə həm qapımız, həm də ürəyimiz Azərbaycanlı qadınlara açıqdır”, —  o bildirib.

Gülnar Nazimqızı 

Избранный
8
15
anews.az

10Источники