RU

ABŞ və Vatikan arasında gərginlik: Vens Papaya cavab verdi

BAKI, 14 aprel. TELEQRAF

“Vatikanın ABŞ siyasətini şərh etmək əvəzinə mənəvi məsələlərlə məşğul olması daha məqsədəuyğundur”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

“Fikrimcə, Vatikanın mənəvi məsələlərə, katolik kilsəsində baş verənlərə diqqət yetirməsi, ABŞ Prezidentinə isə ölkənin siyasətini müəyyən etməyə imkan verilməsi daha doğrudur”, - o, “Fox News”a bildirib.

Vens bu sözləri ABŞ Prezidenti Donald Trampla Roma Papası XIV Leo arasında İran məsələsi ilə bağlı yaranmış fikir ayrılığına münasibət bildirərkən bəyan edib.

Donald Tramp XIV Leonun müharibə əleyhinə açıqlamalarından sonra “Truth Social”da belə yazıb: “Bu papa cinayətkarlıq və xarici siyasət məsələlərində zəifdir”.

ABŞ lideri iddia edir ki, Leonun papa seçilməsində əsas rolu məhz o oynayıb.

Roma Papası İsrail və ABŞ-nin İrana hücumu səbəbindən Yaxın Şərqdə gərginliyin artması ilə bağlı narahatlığını bildirib. XIV Leo ABŞ Prezidenti və komandası haqda sərt danışıb. Xüsusilə, o, Trampın İranda sivilizasiyanı məhv etmək təhdidini “qəbuledilməz” adlandırıb və müdafiə naziri Pit Heqsetin Amerika əsgərləri üçün İsa Məsihin adı ilə qələbə naminə dua etmək çağırışına etiraz edib. Papanın sözlərinə görə, hegemoniya arzusu İsa Məsihin yoluna yaddır.

Papa aprelin 11-də Müqəddəs Pyotr Bazilikasında müharibə əleyhinə moizə oxuyub.

Избранный
15
teleqraf.com

1Источники