RU

Sanksiyalı tanker Hörmüzdən keçdi: İran ABŞ-nin blokadasına meydan oxudu

ABŞ prezidenti Donald Tramp tərəfindən dəniz yolunun bağlanması əmri qüvvəyə mindikdən sonra Hörmüz boğazı üzərindən bir neft tankerinin keçməsi diqqət çəkib.

Musavat.com xəbər verir ki, Hind okeanında yerləşən Komor adaları bayrağı altında qeydiyyatdan keçmiş “Elpis” adlı tanker ABŞ-nin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq boğazdan keçid edib.

Məlumata görə, sözügedən gəmi İranın “kölgə donanması”nın bir hissəsi hesab olunur və 2025-ci ildən etibarən ABŞ sanksiyalarına məruz qalıb. Tanker İran neftinin satışı, alışı və daşınması proseslərində iştirak etdiyi üçün qara siyahıya daxil edilib.

 

Musavat.com

Избранный
3
38
musavat.com

10Источники