AZ

Hörmüzdə saniyələrlə yarış: Trampın blokadasına saatlar qalmış İran tankerləri boğazı keçdi

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının tam blokadaya alınması ilə bağlı təyin etdiyi vaxta sayılı saatlar qalmış bölgədə hərəkətlilik pik həddə çatıb.

Musavat.com xəbər verir ki, gəmilərin hərəkətini izləyən "Kpler" və "LSEG" şirkətlərinin məlumatlarına görə, İrana məxsus iki nəhəng tanker son anda Fars körfəzini tərk edərək Hörmüz boğazından çıxmağı bacarıb.

"Kpler"in məlumatına görə, "Auroura" tankeri İran neft məhsulları ilə, "New Future" tankeri isə BƏƏ-nin Həmriyyə limanından yüklənmiş dizel yanacağı ilə dolu şəkildə açıq sulara çıxıb.

Donald Trampın əmrinə əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazını tamamilə bağlayacağı və hərbi blokadaya başlayacağı vaxt Bakı vaxtı ilə saat 18:00-dır. Bu tankerlərin blokadadan dərhal əvvəl keçidi "təhlükəli yarış" kimi qiymətləndirilir.

Analitiklər hesab edirlər ki, Tehran blokada qərarı qüvvəyə minənə qədər mümkün qədər çox yanacaq yükünü beynəlxalq sulara çıxarmağa çalışır. Çünki saat 18:00-dan sonra hər hansı bir çıxış cəhdi ABŞ hərbi gəmiləri ilə birbaşa toqquşmaya səbəb ola bilər.

 Bu xəbərdən sonra neftin qiyməti 102 dollar həddində daha da möhkəmlənib. Bazar iştirakçıları saat 18:00-dan sonra Hörmüz boğazında ilk atəşin açılıb-açılmayacağını böyük narahatlıqla gözləyirlər.

Pentaqonun saat 18:00-dan sonra boğazda tam nəzarəti necə təmin edəcəyi və artıq açıq dənizdə olan bu tankerlərin izlənilib-izlənilməyəcəyi hələlik məlum deyil.



Musavat.com

Seçilən
11
38
musavat.com

10Mənbələr