RU

İran beş ərəb ölkəsindən təzminat tələb edib

BAKI, 14 aprel. TELEQRAF

İran BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani vasitəsilə beş ərəb ölkəsindən təzminat tələb edib.

Teleqraf xəbər verir ki, Tehran Bəhreyn, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanını ABŞ və İsraillə birlikdə İrana qarşı müharibədə şərik olmaqda ittiham edir.

Məlumata görə, iranlı diplomat bu ölkələrin İrana dəyən fiziki və mənəvi zərəri tam şəkildə kompensasiya etməli olduğunu bildirib.

Qeyd olunur ki, İravani adı çəkilən dövlətlərin bu addımlarla İslam Respublikasına qarşı öhdəliklərini pozduğunu iddia edib.

Избранный
60
teleqraf.com

1Источники