RU

ABŞ İranda məqsədlərinə çatdığını bəyan edib

Bakı. Trend:

ABŞ hesab edir ki, İrana qarşı hərbi əməliyyatın qarşıya qoyulanvəzifələri yerinə yetirilib və artıq münaqişənin başa çatdırılmasımərhələsinə keçmək olar.

Trend xəbər verir ki, bubarədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.

"Mən həqiqətən hesab edirəm ki, biz məqsədlərimizə çatdığımızbir vəziyyətdəyik", - deyə o qeyd edib.

Vensin sözlərinə görə, münaqişənin uğurlu danışıqlar yolu iləbaşa çatdırılması daha üstün variant olardı.

Bundan əlavə, Vaşinqton Tehranın gələcəkdə bütünzənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-yə təhvil verməsində israredir.

"Biz bildirmişik ki, bu materialın ölkədən çıxarılmasınıistəyirik və onun nəzarətimizə verilməsini istərdik", - deyəvitse-prezident bildirib.

O əlavə edib ki, Tehranın nüvə silahı yaratmaq niyyətininolmadığını bəyan etməsinə baxmayaraq, İranın nüvə proqramı ABŞ-dənarahatlıq doğurur.

"Məhz buna görə biz bu materialın tamamilə ölkədən çıxarılmasınıvə ABŞ-nin nəzarəti altında olmasını istəyirik", - deyə Vensvurğulayıb.

Qeyd edək ki, ABŞ ilə İran arasında nüvə proqramı üzrə konkretnəticələrin əldə olunmaması səbəbindən fevralın 28-də ABŞ və İsrailİrana hava hücumlarına başlayıb, İran isə həmin gündən etibarənraketlər və pilotsuz uçuş aparatları ilə İsrailə və bölgədəki ABŞobyektlərinə zərbələr endirib. Pakistanın vasitəçiliyi ilə aprelin7-də tərəflər arasında iki həftəlik atəşkəs razılaşması əldəolunub. Aprelin 11-də İslamabadda ABŞ və İran arasında keçiriləndanışıqlarda isə razılıq əldə edilməyib.

Избранный
44
az.trend.az

1Источники