RU

BVF: Hörmüz boğazı açılandan sonra qlobal tədarükün əvvəlki səviyyələrə qayıtması vaxt aparacaq

Hörmüz boğazı vasitəsilə müntəzəm gəmiçilik axını bərpa edildikdən sonra belə əsas malların qlobal tədarükünün münaqişədən əvvəlki səviyyələrə qayıtması vaxt aparacaq.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA), Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) rəhbərləri arasında aprelin 13-də keçirilən görüşün yekunlarında dair bəyanatda vurğulanıb.

Hörmüz boğazı vasitəsilə daşımaların normallaşmadığı diqqətə çatdırılan bəyanatda infrastrukturun zədələnməsi səbəbindən yanacaq və gübrə qiymətlərinin uzun müddət yüksək qala biləcəyi proqnozlaşdırılıb.

"Boğaz vasitəsilə müntəzəm gəmiçilik axını bərpa edildikdən sonra belə, əsas malların qlobal tədarükünün münaqişədən əvvəlki səviyyələrə qayıtması vaxt aparacaq. Təchizatdakı fasilələrə görə, əsas resursların çatışmazlığının enerji, qida və digər sənaye sahələrinə təsir edəcəyi gözlənilir", - bəyanatda qeyd edilib.

Həmçinin vurğulanıb ki, mövcud durumdan çox zərər çəkmiş ölkələrin vəziyyəti, eləcə də qurumların cavab tədbirləri müzakirə edilib:

"Komandalarımız müvafiq təcrübəmizdən yararlanmaq və uyğunlaşdırılmış siyasət məsləhətləri, BVF və Dünya Bankı tərəfindən isə ehtiyac duyulduqda maliyyə dəstəyi vasitəsilə kömək etmək üçün ölkələr səviyyəsində də sıx əməkdaşlıq edirlər".

Daha əvvəl aprelin 8-də BVF, DBQ və Ümumdünya Ərzaq Proqramının (ÜƏP) rəhbərləri arasında görüş baş tutmuş, bu görüşdə Yaxın Şərqdəki müharibənin qlobal iqtisadiyyata və ərzaq təhlükəsizliyinə təsirləri müzakirə edilmişdi.

Избранный
42
far.az

1Источники