RU

Cordan 4,5, Ronaldo 2,5 milyard dollar qazanıb

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Sportico” nəşri dünya idmanı tarixinin ən zəngin 50 şəxsinin siyahısını tərtib edib. Jurnalist-tədqiqatçılar hər bir idmançının karyerasını davam etdirərkən və ondan sonra qazandıqlarını nəzərə alıb. Bura maaşlar, bonuslar, reklam müqavilələri, biznes-ödənişlər, hətta ayrı-ayrı çıxışlara görə qonorarlar da daxildi. Ətraflı araşdırmadan və hesablamadan sonra tərtib olunan siyahıda 1-ci yeri “Çikaqo”nun basketbolçusu Maykl Cordan tutub – o, karyerası boyunca 4,5 milyard dollar qazanıb. Gözlənildiyi kimi, 2-ci yerdə Tayger Vuds qərarlaşıb. Əfsanəvi qolfçunun hesabında 2,9 milyard dollar var. İlk “3-lüy”ü “Əl-Nəssr”in və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo qapayıb. O, 2,5 milyard gəlirlə Vudsdan bir qədər geri qalır. Amma portuqaliyalı ulduz əbədi rəqibi Lionel Messidən öndədi. Argentinalı ulduz hələ ki 2 milyard dollar qazanıb.Leo və Kriştiano ilə yanaşı, siyahıya daha iki futbolçu düşüb. Bunlar Devid Bekhem (8-ci yer, 1,8 milyard dollar) və Neymardı (14-cü yer, 1,3 milyard dollar). Ən zəngin 50 idmançı siyahısında basketbolun daha çox (13) təmsilçisi var. Maraqlıdı ki, siyahıya yalnız bir qadın – tennisçi Serena Uilyams düşüb. Amerikalı karyerası boyunca 680 milyon dollar qazanıb ki, bu göstərici ilə 40-cı pillədədiən yüksək ödənişli idmançıların ilk “10-luğ”uyer ad-soyad idman növü sərvət*1. Maykl Cordan basketbol 4,52. Tayger Vuds qolf 2,93. Kriştiano Ronaldo futbol 2,54. Lebron Ceyms basketbol 2,035. Lionel Messi futbol 1,996. Arnold Palmer qolf 1,857. Cek Niklaus qolf 1,838. Devid Bekhem futbol 1,689. Rocer Federer tennis 1,6710. Floyd Meyvezer boks 1,57* - milyard dollar ilə.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
icma.az

2Источники