Livanın “Hizbullah” hərəkatının rəhbəri Naim Qassem İsraillə hər hansı danışıqların aparılmasına qarşı çıxıb.
KONKRET.az xəbər verir ki, İranın Mehr xəbər agentliyinin yaydığı məlumata görə, Qassem Livan hakimiyyətini ölkədaxili müqavimət potensialını zəiflətməkdə ittiham edib.
O, eyni zamanda baş naziri milli birliyin möhkəmləndirilməsi üçün daha sıx əməkdaşlığa çağırıb.
“Biz İsraillə istənilən danışıqları rədd edirik. Bu cür təmaslar nəticə vermir. Vəziyyəti dəyişmək üçün Livana daxili həmrəylik lazımdır”, – deyə Qassem bildirib.
Qeyd edək ki, aprelin 14-də Vaşinqton şəhərində Livan və İsrail nümayəndə heyətləri arasında ilkin danışıqların keçirilməsi planlaşdırılır.
Müşviq Tofiqoğlu
KONKRET.az