RU

Estetik əməliyyat KABUSU: Pasiyent qol korreksiyası zamanı ÖLDÜ – VİDEO

Moskvada pasiyent ağrıkəsici vurulduqdan sonra dünyasını dəyişib.

İnterpress.az xəbər verir ki, bu barədə Moskva prokurorluğu və İstintaq Komitəsi məlumat yayıb.

Moskvada fəaliyyət göstərən özəl klinikalardan birində faciəli hadisə qeydə alınıb. Qol nahiyəsinin kontur korreksiyası (braxioplastika) əməliyyatı üçün müraciət edən qadın, ona ağrıkəsici dərman vurulduqdan sonra dünyasını dəyişib.

İstintaqın məlumatına görə, əməliyyatı həyata keçirən şəxs Krasnoproletarskaya küçəsindəki binada sadəcə bir kabineti icarəyə götürüb və bu növ tibbi fəaliyyət üçün heç bir lisenziyaya malik olmayıb.

Məlum olub ki, braxioplastika əməliyyatı üçün lisenziya mütləq tələb olunsa da, şübhəli şəxsin belə bir icazəsi yoxdur.

Faktla bağlı cinayət işi başlanılıb, hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
32
interpress.az

1Источники