RU

Macarıstanın yeni baş naziri Rusiya haqqında: Danışacağıq, amma dost olmayacağıq

Macarıstan parlament seçkilərində qalib gələn “Tisa” partiyasının lideri Peter Madyar “Népszava”ya bildirib ki, belə bir vəziyyət yaranarsa, Vladimir Putinlə görüşməyə hazırdır.

“Əgər belə bir ehtiyac yaranarsa, Rusiya prezidenti ilə görüşməli olacağıq”, – deyə o bildirib. Madyar qeyd edib ki, seçkilərdən sonra nə Rusiyanın, nə də Macarıstanın coğrafi mövqeyi dəyişməyəcək.

“Enerji asılılığımız da bir müddət qalacaq. Şaxələndirməni gücləndirməliyik, amma bu, bir gecədə baş verməyəcək. Lazım gələrsə, danışıqlar aparacağıq, amma dost olmayacağıq”, – deyə Madyar yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az

Избранный
3
1
editor.az

2Источники