RU

Futzal millimiz Qazaxıstana ilk oyunda məğlub oldu – ARENA.AZ

Futzal üzrə Azərbaycan milli komandası Aktaudakı təlim-məşq toplanışı çərçivəsində bu gün Qazaxıstan yığması ilə qarşılaşıb.

Arena.az xəbər verir ki, komandamız səfərə 16 futzalçı ilə yollansa da, görüş FİFA-nın reytinq cədvəlinə salınacağına görə, protokola 14 nəfərin adı daxil edilib.

Nəticədə Pünhan Qasımzadə və yüngül zədəsi olan Tofiq Mikayılov oyunu kənardan izləyiblər. Rəqib isə bir müddət əvvəl karyerasını başa vuran braziliyalı qapıçı İqitanı yenidən heyətə dəvət etmişdi. Edison da komandasına kömək edənlər sırasında idi. Matça rəng qatan məqamlardan biri də uzun müddət milli komandamıza başçılıq edən Alesio Da Silvanın bu dəfə məşqçi kimi rəqib düşərgədə olması idi.

Tiflis toplanışı ilə müqayisədə Azərbaycan millisinin qapısını Cavad Məmmədov qoruyurdu. Oyuna gəldikdə, daha təcrübəli heyətə malik meydan sahibləri 14-cü dəqiqədə hesabı açdı. Cəmi 24 saniyə sonra komandamız ikinci dəfə meydanın mərkəzinə dəvət olundu. Ancaq 2 dəqiqə sonra Kazıxanovla fərqi minimuma endirdik. Fasiləyə qədər rəqib daha bir qol vurdu. İkinci hissədə ardıcıl qollar vuran Qazaxıstan yığması böyükhesablı qələbə qazandı.

Futzal millimiz bu komanda ilə aprelin 15-də (saat 17:00) Aktauda daha bir yoxlama oyunu keçirəcək.

Yoxlama oyunu
13 aprel

Qazaxıstan – Azərbaycan 9:2
Qollar: Leo İqita, 13:20. Abdirassil Abdumanapulı, 13:44. Albert Akbalıkov, 15:55. Birjan Orazov, 23:10; 31:43. Erjan Karmenov, 29:02. Aqedil Madiyarov, 30:11; 36:52. Arnold Knaur, 32:37 – Novruz Kazıxanov, 15:41. Oqtay Rüstəmli 37:06.
Hakimlər: Tanant Raymberniev, Timur Toktabaev, Erban Kurmamalıev (Hamısı Qırğızıstan).
Aktau. “BS Arena”. Saat 19:00.

Qazaxıstan: 2. Leo İqita (k), 17. Birjan Orazov, 8. Erjan Karmenov, 6. Edson Santos, 7. Azat Valiullin, 16. Narun Serikov, 3. Arnold Knaur, 5. Akzol Daribay, 9. Albert Akbalıkov, 10. Cahangir Raşit, 11. Abdirassil Abdumanapulı, 14. Aqedil Madiyarov, 19. Damir Kairbai, 30. Aleksandr Deryabin.
Baş məşqçi: Kakau.

Azərbaycan: 19. Cavad Məmmədov, 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 17. Ədalət Ələkbərov, 1. Emin Kürdov (k), 5. Oqtay Rüstəmli, 9. Murad Quluzadə, 20. Fərid Abbasov, 3. Kənan Manafov, 11. Eldar Zeynalov, 13. Qüdrət Qasımzadə, 15. Novruz Kazıxanov, 18. Tofiq Əliyev.
Baş məşqçi: Yevgeni Kukseviç.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
24
arena.az

1Источники