ain.az bildirir, Apa.az portalına istinadən.
Rusiya İranın Buşehr Atom Elektrik Stansiyasından bütün əməkdaşlarını demək olar təxliyə edib.
APA xəbər verir ki, bu barədə Rusiyanın “Rosatom” şirkətinin rəhbəri Aleksey Lixaçev bildirib.
O qeyd edib ki, bu gün AES-dən 108 işçi təxliyə edilib, 20 nəfər isə avadanlıqlara nəzarət etmək üçün stansiyada qalacaq.
Lixaçev vurğulayıb ki, işçilərin təxliyəsi İran hakimiyyəti ilə koordinasiya olunub.
O əlavə edib ki, Rusiya hazırda bu stansiyada daha iki nüvə reaktoru tikir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.