RU

Cəfər Cəfərovun yaradıcılığında Azərbaycan dilçiliyinin problemləri



Filologiyaelmləri doktoru, professor, Prezident təqaüdçüsü, Əməkdar müəllim, Azərbaycan dilçilik elminə beynəlxalq miqyasda böyük nüfuz qazandıran,ölkəmizin elm xəzinəsinə sanballı töhfələr verən Cəfər Cəfərovun 95 illik yubileyi qeyd olunur.Görkəmli alim çoxşaxəli elmi yaradıcılığında dilçiliyin aktual problemlərini tədqiq etmiş və onuntədrisində böyük xidmətləri vardır.C. Cəfərov “ Nitq hissələrində keçid prosesləri” (1983), “Müasir Azərbaycan ədəbi dilində inkarlığın ifadə vasitələri” (2000)”, “Nitq hissələrində keçid prosesləri və konversiya” (2009), “Müasir Azərbaycandili” monoqrafiyalarının və “Müasir Azərbaycandilinin morfologiyası”, “Linqivistiktəhlil nümunələri” kimi bir sıra dərsliklərin müəllifidir. Bu əsərlərdə Azərbaycan dilçiliyində ən aktual məsələlər, mürəkkəb və mübahisəli problemlər,anlayışlar sisteminin kateqorial əlamətlərinin elmi əsasları müəyyənləşdirilmişdir.Onun əsərlərində müasir Azərbaycan ədəbi dilində leksikologiya, semasiologiya, morfologiya, derivatologiya və başqa sahələrlə bağlı nəzərifikirlərielmi əhəmiyyəti ilə seçilir.

Professor Cəfər Cəfərovun elmi fəaliyyətinin əsas istiqamətlərindən birini morfologiyanın aktualməsələlərinin tədqiqi təşkil edilir. Azərbaycan dilçiliyində qrammatik kateqoriya kimi Müasir Azərbaycan ədəbi dilində inkarlıq və onun ifadə vasitələri C.Cəfərov tərəfindənilk dəfə tədqiq edilmişdir. Bu tədqiqatda inkarlıqanlayışı,onun xüsusiyyətləri və məntiqi inkarlıqilə qrammatik inkarlıq kateqoriyasının əlamətləri müəyyənləşdirilir. İnkarlıq anlayışının təfəkkürə, dilə, məntiqə və qrammatikaya aid olanmünasibətlərindən bəhs edilır. Bununla yanaşı inkarlığın tədqiqi tarixi həm Azərbaycanhəm də türkologiyada geniş şəkildə şərh edilmişdir. Kazım bəydən başlayaraq müasir dövrümüzə qədər Azərbaycan dilinə aid nəşr edilmiş əsərlərdə, eyni zamanda istər ümumi,istərsə də xüsusi olaraq bu məsələyə həsr edilmiş müasir dilçilik əsərlərində inkarlığın necəəks edilməsi şərhedilmişdir. Xüsusilə,A.Samoylovin, V.A.Qardilovskinin, Jan Deninin, A.N.Kononovuntürk dillərinin qrammatikasına aid yazdıqları əsərlərdə, N.K.Dmitriyevin “Başqırd dili” qrammatikasında, N.P.Direnkovanın “Oyrot dili” qrammatikasında,N. Baskakovun “Qaraqalpaq dili” qrammatikasında inkarlığın necə əks olunması və dildə ifadəsi təhlil olunmuşdur. İnkarlığın ifadə vasitələrinin leksik xüsusiyyətləri,işlənmə dairəsi,ifadə etdikləri inkarlıq mənalarının əlamətləri, üslubi vəzifələri,eləcə dəayrı-ayrı sözlər vasitəsi iləifadəsi və etimologiyası haqqında nəzəri fikirlər öz əksini tapmışdır. Tədqiqatda tarixi müqayisəli üsuldan istifadə edilməklə leksik vasitələrin türk dillərində,həmçinin qədim dil abidələrindəməna xüsusiyyətləri müəyyənləşdirilmişdir. Müasir Azərbaycan ədəbi dilində inkarlığın morfoloji-sözdüzəldici və formadüzəldici vasitələri, eyni zamanda sırf leksik məna əmələ gətirən inkarlıqdangeniş şəkildə bəhs edir. Azərbaycan dilində -ma,-mə ilə düzələn feilin inkarlıq kateqoriyası, eləcə də sözün mənasında inkarlıqəmələ gətirən -sı, -si, -su şəkilçisinin əsas xüsusiyyətləri və daşıdığı funksiya təyin edilir. –Ma, - mə ilə düzələn inkarlıq kateqoriyasının feilin başqa kateqoriyalarında zaman, şəkil, feili sifət, feili bağlama və s. tutduğu mövqe, əmələ gətirdiyi məna xüsusiyyətləri müəyyənləşdirilir.

Ümumiyyətlə, tədqiqatda inkarlığın xüsusiyyətləri adı altında onunekspressiv və kinayəli şəkildə ifadəsində və üslubi semantik mənalarındaqüvvətləndirilməsində inkarın inkarında dilimizə xas olan əsas cəhətlər təhlil edilir. Ə.Dəmirçizadənin qeyd etdiyi kimi C.Cəfərovinkarlığın ifadə vasitələri məsələsinə dair yalnız türkoloji ədəbiyyatdaverilən məlumatla kifayətlənməmiş məntiqdə, ümumi dilçilikdə bu məsələnin şərh formalarına əsaslanaraq yeni müstəvidə tədqiqat aparmışdır. Xüsusilə, inkarlığın daha təsirli ifadəsi və bunun müxtəlif üsulları – ikiqat inkarlıq, üç qat inkarlıq, inkarın inkarı kimi məsələlərə aydınlıq gətirmişdir. Müasir ədəbi dilin əsas üslublarını nəzərə almış və müxtəlif üslublarda bu vasitələrin istifadə edildiyininümunələrlə əsaslandırmışdır.

Professor C.Cəfərovun elmi əsərlərində Azərbaycan dilçiliyində morfologiyanın bir sıra mühüm problemləri öz həllini tapmışdır. Xüsusilə, Azərbaycan dilinin morfologiyasında mühüm elmi əhəmiyyətə malik olan aktual məsələlərdən biri olannitq hissələri, onlararasındaqarşılıqlı qanunauyğunluqlar linqvistik aspektdəilk dəfə professor Cəfər Cəfərovun tədqiqatlarında araşdırılmışdır. Nitq hissələri ilə bağlıfaktların dərindən təhlil edilməsi,onların məntiqi cəhətdənümumiləşdirilməsidilçilikdə yeni elmi konsepsiyanın formalaşmasına səbəb olmuşdur. Feilin məna növlərinin lüğətdə verilməsi, inkarlığın ifadə vasitələri,tərkibində say olan mürəkkəb söz və birləşmələr, nitq hissələri və onların spesifik xüsusiyyətləri anlayışları və onunla bağlı mübahisəli problemlər həll olunmuşdur. Bununla yanaşı qrammatika və qrammatik quruluş, analitik və sintaktik yolla yaranan sözlər, sözün qrammatik formalarının yaranması, qrammatik mənaların ifadə formaları, nitq hissələrinin təsnifi prinsipləri, sözdüzəldici və forma düzəldici şəkilçilərin təsnifində linqvistik meyarlar ilk dəfəalimin tədqiqatlarında müəyyənləşdirilmişdir.

Nitq hissələrində keçid prosesi və konversiya yeni metodoloji prinsip əsasında C.Cəfərovun yaradıcılığında araşdırılmış və Azərbaycan dilçiliyində bu sahə ilə bağlı elmin konsepsiyanın yaradılması alimin adı ilə bağlıdır. Onun doktorluq dissertasiyasında eləcə də nitq hissələrində keçid prosesi və konversiya adlıfundamental monoqrafiyasındamühüm nəzəri məsələlər öz həllini tapmışdır.Azərbaycan dilində nitq hissələrində keçid prosesləri və dilin daxili inkişaf qanununa uyğun olaraq baş verən proseslər, leksik, morfoloji, sintaktik və semantik sistemlər arasındakı əlaqə, onlarınbir-birinə qarşılıqlı təsiri, o cümlədən də diaxronik və sinxronik inkişaf xüsusiyyətləri zəngin dil faktları ilə təhlil edilmişdir.Bununla da Azərbaycan dilçiliyində nitq hissələri və onların dialektikinkişafında keçid proseslərinin mahiyyəti, mərhələləri və növləri, söz və nitq hissəsi, nitq hissələrinin sərhədi, leksik və qrammatik omonimlik,nitq hissələrinin təsnifi dil hadisəsi kimiəsaslı faktlarla öz şərhini tapmışdır.Müəllifhəm əsas,həm də köməkçi nitq hissələrinin təsnifində vahid kriteriyanı əsas götürərək,dilçilikdə olan mülahizələrə tənqidi münasibət bildirərək mübahisəli fikirləri aradan qaldırmaq üçün yeni müstəvidə dilçilik elminin müasir inkişaf fonundanəzəri istiqamətdə sistemli şəkildətəhlil etmişdir.C.Cəfərov Azərbaycan dili qrammatikasında nitq hissələrini ümumi dilçiliyin prinsipləri əsasında zəngin dil arqumentlərinə əsaslanaraq onun linqvistik mahiyyətini dərin və professional elmi mühakimələrlə nəzəri və məntiqi cəhətdən yeni konsepsiya ilə təqdim etmişdir.

Tədqiqatdasöz, nitq hissəsi anlayışının əsas əlamətləri müəyyənləşdirilmiş, onlar arasında qarşılıqlı əlaqələr təyin edilmişdir.”Nitq hissələrində keçid prosesinin qoyuluşu”, “Müstəqil nitq hissələrində keçid prosesləri” və “Köməkçi nitq hissələrində keçid prosesləri” və s. xüsusi elmi əhəmiyyət kəsb edən nəzəri problemlər tədqiqat əsərində zəngin dil materialları əsasında araşdırılmışdır. Morfologiyada ilk dəfə keçid prosesləri, substantivləşmə, adverbiallaşma, saylaşma, əvəzlikləşmə, nidalaşma, modallaşma, qoşmalaşma, bağlayıcılaşma və ədatlaşma kimi anlayışların mahiyyəti müəyyənləşdirilmişdir.Xüsusilə,keçid prosesində nitq hissələrinə məxsus sözlərdə baş verən leksik-qrammatik dəyişikliklər və həmçinin substantivləşmə, adyektivləşmə və verballaşma anlayışlarının mahiyyəti vəbaş verən hadisələrin qanunauyğunluqlarıelmiprinsiplər əsasında şərh olunmuşdur.Müəllif dilçilikdəkeçid prosesləri adı altında sözdüzəldici şəkilçilərin iştirakı olmadan bir nitq hissəsinə məxsus sözlərin başqa nitq hissəsinin məna, vəzifəsini daşımasını və müxtəlifformalarda işlənməsini yəni, bir sözlə mövcud dil vahidləri ilə əlavə nominativ mənaların verilməsinin əsas xüsusiyyətlərini təyin etmişdir. Aydınlaşdırılırki,sözlərin çoxmənalılıq funksiyasında olduğu kimi, keçid prosesində də sözlərin qazandığı mənalar onların əlavə nominativ mənada işlənməsi tələbatı ilə meydana çıxır. Lakin keçid prosesində sözlərin qazandığı mənalar çoxmənalıq prosesində ifadə edilənleksik mənalar səviyyəsində, leksik mənaların bir variantı kimi deyil, kateqorial- qrammatik səviyyədə nitq hissəsi anlayışı daxilində baş verir. Aparılan tədqiqatda həm əsas,həm də köməkçi nitq hissələrində keçid prosesləri araşdırılarkən vahid kriteriyə götürülmüş, onların hamısına eyni meyarlayanaşılmışdır. Ona görə də, əsərdə nitq hissələri ilə bağlı irəli sürülən nəzəriyyə bütün morfologiyanı, eləcə dəsintaksis və leksikanı da əhatə edir. Müəllifmorfologiya və sintaksisi, onlar arasında qarşılıqlı əlaqələri elmi məxəzlər əsasında inandırıcı məntiqlə şərh etmişdir.

C. Cəfərovun konversiya, başqa sözlə, nitq hissələrində keçid prosesi ilə bağlı uzunmüddətli araşdırmaları2009-cu ildə çap etdirdiyi “Nitq hissələrində keçid prosesləri və konversiya” adlı monoqrafiyada öz əksini tapmışdır.

C.Cəfərovun tədqiqatlarında qrammatik formaların leksikləşməsi – izolyasiya əsasında onomastik vahidlərin yaranması, müasir Azərbaycan dilində əsli, nisbi və ismi sifət, feilin şəkil kateqoriyası,zaman və tərz münasibətləri, feilin mənaca növlərinin qrammatik və leksik xüsusiyyətləri və qrammatik kateqoriyaların xarakterik xüsusiyyətləri müəyyənləşdirilmişdir. Qrammatik məfhumların əlamətlərinin daimi olmasımətndən xaricdə real formada xüsusiyyəti əsas götürülərək nitq hissələrininəsas əlamətləri və daşıdığı funksiyalar zəngin dil faktları ilə araşdırılmışdır. Azərbaycan dilçiliyindəmüstəqil nitq hissələrindən biri olan sifətlər əsli, nisbi və ismi sifətlərə ayrılaraq onların lüğəvi məna qrupları müəyyənləşdirilmişdir. Azərbaycan dilində bir sıra düzəltmə sifətlər əlamət anlayışı saf şəkildəifadə etdiklərinə görə əsli sifət hesab edilmiş,eləcə də əsli və nisbi sifətlərin dərəcələrə görə dəyişmə xüsusiyyətləri bir-birindən fərqləndirilmişdir.

Professor hərəkətlə bağlı olan və zərflik vəzifəsində işlənən əksər söz və söz birləşmələrininzərf hesab edilməsi ilə bağlı qeyd edir ki, bəzi tədqiqatçılardillərin morfoloji quruluşununnitq hissəsi və cümlə üzvü arasındakı münasibəti söz və nitq hissəsinin arasındakı əlaqənin və onların çoxmənalılığının nəzərə almamışlar. Qeyd edir ki, maraqlı cəhət ondan ibarətdir ki, nitq hissələri ayrılıqda bir-birindən nə qədər fərqlənsələr də bir üzv vəzifəsində işlənərkən ümumi xüsusiyyətləri yəni, həmin üzvün təhkim olunduğu nitq hissəsi ilə ümumi cəhətləri nəzərə çarpır. Zərflik vəzifəsində işlənən zərf ayrılıqda nə qədərfərqlənirsə bu vəzifədə onları bir ümumicəhət hərəkətlə bağlılıqvə hərəkətin müəyyən xüsusiyyətlərini ifadə etməkxüsusiyyətləri birləşdirir. Qeyd edir ki, çünki nitq hissələrisırf qrammatik kateqoriya deyil, leksik-qrammatik kateqoriyadır. İsim, sifət və s.əsas mənaları əşya, əlamət, miqdar ilə bağlıdırsa, feillərdə hərəkətin məkanı, zamanı, tərzini ifadə edərkən bu məna əsasında zərflik vəzifəsində işlənmə yolları müəyyənləşdirilir. Bu nəticəyə gəlinir ki, zərflik vəzifəsində işlənən hər sözü zərf hesab etmək olmaz. Xüsusilə,zərflər haqqında uzunmüddətli tədqiqatları və apardığı təhlillər əsasında belə nəticəyə gəlir ki, Azərbaycan dilinin qrammatikasında hələ də birmənalı həllini tapmamış zərf bir nitq hissəsi kimi əşyanın və hərəkətin əlamətini bildirən sözlər, başqa sözlə, sifətlər və zərflər birləşdirilərək bir ad altında - əlamətlik adı altında nitq hissələri sırasına daxil edilsin. Dilçilikdə mürəkkəb nitq hissəsi anlayışını çox geniş şəkildə götürülməsinin səbəbləri və xüsusiyyətləri də müəyyənləşdirilmişdir.

Feilin qrammatik xüsusiyyətləri müəyyənləşdirilən zaman şəkil kateqoriyasıvə feilin formalarıterminlərinə aydınlıq gətirilmişdir. Qeyd edilir ki, modallıq ümumi qrammatik kateqoriya kimi həm adlarda həm də feillərdə müxtəlif dil vasitələri ilə müxtəlif üsullarla ifadə olunur.Adlarda əsasən leksik yolla,feillərdəisə başlıca olaraq morfoloji yolla təzahür edir. Ona görə də bu kateqoriyaqrammatik bir kateqoriya kimi əsasən feillərlə bağlıdır.Modallıqdan bəhs edərkən onun zaman kateqoriyası ilə münasibəti üzərində xüsusi dayanılır. Bu kateqoriyaların qarşılıqlı əlaqəsi ilə yanaşıfərqli cəhətlərin dəqiq müəyyənləşdirilməsi üçün onlar arasındakı sıx bağlılıq iki istiqamətdə təhlil edilir: 1. zaman kateqoriyasının şəkil kateqoriyasına daxil edilməsi; 2. onlar arasındakı fərqli cəhətlərin müəyyənləşib üzə çıxarılması. Bu aspektdən çıxış edərək feillərin şəklikateqoriyası müəyyənləşdirilmişdir.

C.Cəfərovun yaradıcılığında istər məna, istər forma və daşıdığı funksiya ilə seçilənidi, imiş, isə hissələrinin işlənmə vəzifələri araşdırılmışdır. Əlbəttə, dilçilikdə bu barədəmüxtəlif fikir ayrılıqları mövcuddur. Belə ki, bu sözlərin ədat, köməkçi feil, predikat ədatları, yarımçıq feil, bağlama adları kimiadlandırılması və dilçilikdə rolları məsələsinə aydınlıq gətirilmişdir. Tədqiqat prosesində bu sözlərin zamanla bağlılığı məsələsiəsas götürülərək uzaq keçmiş zaman, qəti-gələcəkli keçmiş zaman, bitməmiş keçmiş zaman anlayışlarına aydınlıq gətirilmişdir. Qeyd edilir ki, idi, imiş, isə əlamətləri həm zaman, həm şəkil və həm də tərz anlayışlarının ifadəsinə eyni dərəcədə xidmət edir. Bu xüsusiyyətlər nəzərə alınaraqqrammatik vasitələrdə həm keçmiş zaman növlərini yaradan, həm şəkil kateqoriyasınınhekayə, rəvayət şərt formalarını əmələ gətirən və həm də bitmiş tərz anlayışları ifadə edən vasitələr kimi izah olunmuşdur.

C.Cəfərovun yaradıcılığında zaman və tərz münasibətlərinə dair fikirləri də elmiliyi ilə seçilir. Çünki zaman kateqoriyası tərzlə həm əmələgəlmə xüsusiyyətlərinə,həm də formalaşmasına görə sıx bağlıdır.Bunu nəzərə alan müəlliftərz və zaman arasındakı əlaqəyə iki cəhətdən yanaşır vəzaman növlərinintərz anlayışı əsasında izah olunması və tərzlə zaman anlayışlarınıneyni formal əlamətlərlə ifadə olunması xüsusiyyətləri verilir. Bununla bağlı türkoloqların fikirləri təhlil olunaraq zaman, modallıq, tərz anlayışları bir-birindən fərqləndirilərək hər birinin müstəqil qrammatik kateqoriya olması əsaslandırılır.

Azərbaycan dilinin qrammatikasını dərindən tədqiq edən alimin bu sahə ilə bağlı fikirləri “Müasir Azərbaycan dilinin morfologiyası” (həmmüəlliflə; Bakı, 2004) əsərində daha geniş şəkildə əks olunmuşdur. Əsərdə qrammatika, qrammatik quruluş, morfologiya, sözün tərkibi və quruluşu, nitq hissələrinin təsnifi prinsipləri nəzəri aspektdə konkret şəkildə formal qrammatik əlamətlərlə şərh olunur. Əsərin sonunda morfoloji təhlilin aparılma qaydaları nümunələrlə izah olunur.

C.Cəfərovun elmi əsərləri Azərbaycan dilinin müxtəlif problemləri ilə bağlı boşluqları doldurmağa xidmət edir və irəli sürdüyü nəzəri fikirləri iləyeni elmi konsepsiyaların əsasını qoymuşdur. Elmi əsərləridilçiliyin ən aktual, mürəkkəb və mübahisəli problemlərinə həsr edilmiş, mübahisəli elmi fikirlərə aydınlıq gətirmiş, linqvistik anlayışlara obyektiv və prinsipial mövqedən yanaşaraq yeni müstəvidəonların təhlilini vermişdir.Dilçiliyin müxtəlif sahələrinə aid həsr etdiyi elmi əsərlərdə morfologiyanın əsasını təşkil edən problemlər linqvistik cəhətdən əhatəli şəkildə araşdırılmışdır. Onun tədqiqatlarında nitq hissələri ilə cümlə üzvləri arasında qarşılıqlı əlaqə linqvistik baxımdan geniş kontekstdən təhlil edilmiş və daşıdığı funksiyaları nəzəri aspektdən müəyyənləşdirmişdir.

Professor Cəfər Cəfərovun Azərbaycan dilçiliyinin müxtəlif sahələri ilə bağlı apardığı araşdırmalar onun 2016-cı ildə çap olunmuş “Müasir Azərbaycan dili” (leksikologiya, morfologiya, sintaksis məsələləri) əsərində öz əksini tapmışdır. Əsərdə Müasir Azərbaycan dilinin ayrı-ayrı sahələrindəmüşahidə olunan problemlərə öz baxış bucağından yanaşaraq mübahisə doğuran problemlərin həlli ilə bağlı əsaslandırılmış elmi konsepsiyasını ortaya qoymuşdur. Müasir Azərbaycan dilçiliyindəonun onomastikaya, dialektologiyaya aid “Qərbi Azərbaycanın Əştərək rayonunun bəzi onomastik vahidlərinin linqvistik təhlili”, “Hamamlı şivəsinə aid lüğət”, “Hamamlı şivəsinin leksikasına dair terminə oxşar leksika” və s. əsərləri də çap olunmuşdur. Hamamlı kəndinin və bütövlükdə Qərbi Azərbaycanın erməni işğalına məruz qalması, Hamamlıda doğulub, boya-başa çatan insanların böyük əksəriyyətinin həyatdan köçməsi faktı həm lüğətin, həm də şivə leksikasının tədqiqi əhəmiyyətini artırir.

C.Cəfərov Azərbaycanın dilçilik elminin müxtəlif sahələrlə bağlı tədqiqatlar aparmış, pedaqoji fəaliyyəti ilə yanaşı ana dilimizin çox mühüm elmi problemlərini tədqiq etmişdir. Zəngin və əhatəliyaradıcılıq erudisiyası ilə fərqlənən C.Cəfərov filologiyamızın müxtəlif nəzər məsələlərini araşdırmışdır. Bununla yanaşı peşəkar pedaqoq kimifəaliyyət göstərdiyi dövrlərdə gənc nəslin şəxsiyyət kimi formalaşmasında mühüm rolu olmuşdur. Onun elmi-pedaqoji fəaliyyəti əslindəson dərəcə orijinal bir şəxsiyyətin insani xarakterinin güclü bir komponenti müəyyən dərəcədəonun təmiz mənəvi dünyasının işıqlı təzahürüdür. İstedadlı bir alim kimi öz məntiqi mühakimələri ilə auditoriyanı ələ ala bilən professional pedaqoq,çoxsaylı və nəzəriproblemlərlə zəngin və əhatəli elmi yaradıcılığı,canlı elmi mülahizələri alim, müəllim şəxsiyyətinin təzahürüdür. Alim, ali pedaqoji təhsilin inkişafına xüsusi diqqət yetirən və onun nəzəri problemləri istiqamətindəbir sıra dərsliklərinmüəllifi kimimüasir Azərbaycan ədəbi dilinin araşdırılmasında, tədrisində və inkişafında xüsusi xidmət göstərmişdir. Ömrünün72 ilini Azərbaycan təhsilinə, Azərbaycandilçiliyinə, ana dilimizin inkişafına həsr etmiş görkəmli alim elmi yaradıcılıqla yanaşı, uzun illər pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Müəllimlik, bilik və bacarığınıgənc nəslə mənimsətmək onun əqidəsinin əsasını təşkil edir. Elmin inkişafında və pedaqoji fəaliyyətində göstərdiyi xidmətlərə görə2006-cı ildəAzərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı və1912-ci ildə“Əməkdar müəllim”fəxri adına layiq görülmüşdür. Professor Cəfər Cəfərovun dərin elmi təfəkkürü, pedaqoji ustalığı, yüksək insani keyfiyyətləri və keçirdiyi mənalı ömür yolu onu Azərbaycanın dilçi korifeyləri səviyyəsinə yüksəltmişdir. Filologiyamızın inkişafında mühüm xidmətləri olanfədakar elm xadimi, Prezident təqaüdçüsü, Əməkdar müəllim, filologiya elmləri doktoru,professor Cəfər Cəfərovu 95 illik yubileyi münasibəti ilə onutəbrik edir vəböyük uğurlar arzu edirik.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında

Terminologiya Komissiyasının sədr müavini, filologiya

elmləri doktoru, professor Sayalı Sadıqova

Избранный
29
baki-xeber.com

1Источники