RU

dan istifadə edənlərə bəd xəbər Şəxsi məlumatlarınız ələ keçirilib

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Məşhur hotel bronlama platforması olan Booking.com istifadəçilərinin məlumatlarının kənar şəxslərin əlinə keçdiyini təsdiqləyib. Şirkətin yaydığı rəsmi açıqlamaya görə, naməlum üçüncü tərəf bir sıra müştərilərin fərdi məlumatlarına giriş imkanı əldə edib.Demokrat.az bildirir ki, artıq bir çox istifadəçi məlumat sızması ilə bağlı elektron poçt vasitəsilə xəbərdarlıq alıb.Məlum olub ki, kiberhücum nəticəsində bəzi bron detalları, müştərilərin adları, elektron poçt və ev ünvanları kənar şəxslərə sızıb. Həmçinin istifadəçilərin telefon nömrələri və hotel ilə bölüşdükləri bütün digər xüsusi məlumatlar da təhlükə altına düşüb. Şirkət şübhəli aktivliyin dərhal araşdırılmağa başlandığını və vəziyyətin nəzarətə götürüldüyünü bəyan edib.Hazırda sızmanın dəqiq nə vaxt baş verdiyi və neçə nəfərin zərər çəkdiyi barədə rəsmi məlumat verilmir.Booking.com rəsmiləri bildiriblər ki, məlumatları təhlükədə olan bütün müştərilər fərdi şəkildə məlumatlandırılıb.Hazırda platformada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində işlər davam edir.İsmayıl

​​​​​​​Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
demokrat.az

1Источники