Məşhur aktyor Ben Affleck Cennifer Lopez ilə bütün əlaqələrini milyonlarla dollarlıq bir hədiyyə ilə kəsir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Cennifer Lopez və Ben Affleck 2000-ci illərin Hollivudunda ən çox sevilən cütlərdən biri idi. 2021-ci ildə eşq hekayələrinin hələ bitmədiyini ictimaiyyətə göstərmişdilər. Həyatlarının yetkin dövründə və karyeralarının daha güclü olduğu bir vaxtda yenidən bir araya gəldilər, lakin bu ikinci şans avqust 2024-də boşanma ilə sona çatıbı.
İndi isə aktyor müğənni ilə olan bütün əlaqələrini böyük bir jestlə - milyonlarla dollarlıq bir hədiyyə ilə kəsir. Yayılan xəbərlərə görə, Ben Affleck 2022-ci ildə Cennifer Lopez ilə evli olduğu zaman birlikdə aldıqları malikanədəki öz hissəsindən tamamilə imtina edib. Onun payı təxminən 60 milyon dollar dəyərində idi.