RU

İflasa uğrayan ABŞ-İran danışıqları ilə bağlı ŞOK DETALLAR

ABŞ və İran arasında aparılan son danışıqların nəticəsiz qalması Vaşinqtonu çətin seçim qarşısında qoyub.

Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalının təhlilində bildirilir.

Məlumata görə, İslamabadda keçirilən danışıqların pozulmasından sonra ABŞ “əlverişsiz variantlar” arasında seçim etməli vəziyyətə düşüb. İran ABŞ-nin iki əsas tələbini – nüvə proqramından imtina və Hörmüz boğazının açılması məsələsini qəti şəkildə rədd edib.

CNN qeyd edir ki, Donald Trampın hərbi güc vasitəsilə rəqibləri geri çəkilməyə məcbur etmək strategiyası bu halda nəticə verməyib.

Təhlildə vurğulanır ki, hərbi əməliyyatların davam etdirilməsi qlobal iqtisadiyyata ciddi zərbə vura bilər. Artıq neftin qiyməti 8% artaraq 104 dollara çatıb və bu tendensiyanın davam etməsi ehtimal edilir. Bundan əlavə, regionda ABŞ müttəfiqlərinə qarşı cavab zərbələri riski də artır.

Digər tərəfdən, münaqişədən “məqsədlərə nail olundu” bəyanatı ilə çıxmaq da Vaşinqton üçün reputasiya itkisi ilə nəticələnə bilər. Çünki İran hələ də Hörmüz boğazına nəzarəti saxlayır və zənginləşdirilmiş uran ehtiyatlarını qoruyub.

Qeyd olunur ki, 11 aprel tarixində keçirilən danışıqlarda ABŞ-ni vitse-prezident Cey Di Vens, İranı isə parlament sədri Məhəmməd Baqir Qalibaf təmsil edib. Lakin tərəflər münaqişənin həlli ilə bağlı razılığa gələ bilməyib.

Hazırda mümkün yeni danışıqlar raundunun detalları açıqlanmır.

Musavat.com

Избранный
19
musavat.com

1Источники