RU

Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard 278 milyon dollar təşkil edib. Bu, illik müqayisədə 23,5% azdır. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xarici ticarət dövriyyəsinin 3 milyard 679 milyon dolları ixracın, 2 milyard 599 milyon dolları isə idxalın payına düşüb. 

Bunlar illik müqayisədə müvafiq olaraq 9,6% və 37,1% azdır. 

Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac isə 580,7 milyon dollara (illik 19,7% artım) bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
18
banco.az

1Источники