Dənizkənarı Milli Park ərazisində əkilmiş gülləri əzərək əkin sahəsini yararsız hala salan şəxslərin kimliyi müəyyənləşdirilir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məsələ ilə bağlı aparılan araşdırmalarla həmin əməlləri törədən 10-a yaxın şəxs müəyyən olunaraq polisə çağırılıb.
Həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.
"Cebheinfo.az"