Dənizkənarı Milli Park ərazisində əkilmiş gülləri əzərək çiçəkliyi yararsız hala salan şəxslərin kimliyi müəyyənləşdirilib.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı aparılan araşdırmalarla həmin əməlləri törədən 10-a yaxın şəxs müəyyən olunaraq polisə çağırılıb.
Həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.