RU

BMU-da WUF13 çərçivəsində seminar

Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü Sessiyası (WUF13) çərçivəsində Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Memarlıq və şəhərsalma kafedrasında peşəkar mütəxəssislərin iştirakı ilə vörkşop təşkil olunub.

BMU-dan AzEdu.az-a bildirilib ki, tədbir “İnklüziv kampusun dizaynı: gediş-gəliş imkanları, əlçatanlıq və insanyönümlü ictimai məkanlar” mövzusuna həsr edilir.

Seminar memar və şəhərsalma üzrə mütəxəssis, BMU-nun müəllimi Ardit Elezinin moderatorluğu ilə keçirilib. Açılış nitqi ilə çıxış edən Memarlıq və inşaat fakültəsinin dekanı Nizami Əhmədov, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə ölkə proqramının rəhbəri Anna Soave və təşkilatın təbliğat və kampaniya üzrə rəhbəri Məleykə Tağızadə inklüziv mühitin formalaşdırılması, davamlı şəhər inkişafı və beynəlxalq təcrübə ilə bağlı fikirlərini bölüşüblər.

Sonra ADA Universitetinin dosenti Anar Vəliyev, memar və urbanist, “Nani Zhgenti” layihəsinin baş memarı, Azərbaycan Memarlar İttifaqının Yaradıcılıq Komissiyasının sədri Nani Jgenti, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Memarlıq sektorunun rəhbəri Aysel Kərimli, dövlət siyasəti və şəhərsalma üzrə tədqiqatçı Fidan Namazova, həmçinin BMU-nun Memarlıq və şəhərsalma kafedrasının müdiri Sabir Orucov məruzə ilə çıxış ediblər. Məruzələrdə inklüziv şəhər mühitinin yaradılması, əlçatanlıq prinsipləri və müasir şəhərsalma yanaşmaları diqqətə çatdırılıb.

Vörkşopun praktik hissəsində tələbələr kampus müşahidəsi və xəritələndirmə işi aparıblar. Onlar seçilmiş ərazi üzrə piyada yollarını, əlçatanlıq maneələrini, pandus və pilləkənləri, kölgəli sahələri, oturacaq yerlərini, eləcə də binalar arasında əlaqəliliyi araşdıraraq sənədləşdiriblər.

Qrup işi çərçivəsində tələbələr piyada yollarının yenidən layihələndirilməsi, panduslar vasitəsilə əlçatanlığın artırılması, inklüziv ictimai məkanların təşkili və binalar arasında hərəkətin (sirkulyasiyanın) yaxşılaşdırılması istiqamətində təkliflər hazırlayıblar.

Sonda tələbə təqdimatları dinlənilib, müzakirələr aparılıb və iştirakçılara sertifikatlar təqdim olunub.

Избранный
3
2
azedu.az

3Источники