RU

Con Terri II Liqa klubunu satın alır

Bakı, 13 aprel, AZƏRTAC

İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Con Terri II Liqa klubu "Kolçester Yunayted"i satın almağa hazırlaşır.

AZƏRTAC “The Sun” nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında 14 milyon funt sterlinq dəyərində müqavilə bağlanmaq üzrədir.

Klub ötən ilin sentyabr ayından bəri satışa çıxarılıb. Aşağı liqa təmsilçisinin sahibi və prezidenti Robbi Koulinq rəhbərliyi yeni nəsil funksionerlərə təhvil vermək istədiyini bildirib.

Qeyd edək ki, "Kolçester Yunayted" hazırda II Liqada 13-cü yerdədir.

Избранный
18
2
azertag.az

3Источники