RU

Zelenski Avropanı niyə hədəf seçib? Sərt ittihamlar

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son dövrlər Ukrayna Prezidenti Vladimir Zelenski çıxışlarında Avropaya yönəlik tənqidi ritorikanı artırıb. O ABŞ-nin NATO-dan çıxması ehtimalını şərh edərkən maraqlı və mübahisəli fikirlər səsləndirib. O bildirib ki, Ukrayna və Türkiyə olmadan Avropanın hərbi gücü Rusiyayla müqayisə oluna bilməz.

Zelenski daha da irəli gedərək qeyd edib ki, Böyük Britaniya, Ukrayna və Türkiyənin orduları birlikdə Rusiya ordusundan daha güclüdür.

Hərbi ekspert Üzeyir Cəfərov Bakupost.az-a açıqlamasında bu fikirlərlə razılaşmayıb:

“Ukrayna və Türkiyə olmadan Avropanın Rusiyayla müqayisə edilə bilməyəcəyi barədə deyilənlər bir qədər şişirdilmiş yanaşmadır”.

Ekspertin sözlərinə görə, Avropa əslində hərbi potensial baxımından bu iki ölkə olmadan da Rusiyadan geri qalmır, əksinə, bir çox parametrlər üzrə üstün mövqedədir:

“Rusiya hazırda zəifləyən vəziyyətdədir və bu proses davam edəcək”.

Ü. Cəfərov hesab edir ki, Ukrayna liderinin bu çıxışının arxasında siyasi motiv dayanır:

“Zelenski müharibə aparan Ukraynanı və terrorla mübarizədə ön planda olan Türkiyəni qabartmaq üçün belə açıqlamalar verir”.

Onun fikrincə, hər iki ölkə Avropa üçün strateji əhəmiyyət daşısa da, bu, qitənin ümumi hərbi gücünü zəif göstərmək üçün əsas deyil.

Ekspert əlavə edib ki, Avropa ölkələrinin əsas problemi potensialın yoxluğu deyil, siyasi iradənin zəifliyidir:

“Avropa uzun illər ‘fil qulağında yatıb’. Ona görə də bu gün Rusiyaya qarşı sərt və effektiv müqavimət göstərməkdə tərəddüd edir”.

Üzeyir Cəfərov Qərb institutlarını da tənqid edib. Onun sözlərinə görə, BMT, ATƏT və Avropa İttifaqı kimi qurumlarda real nəticədən çox formal fəaliyyət üstünlük təşkil edir:

“Məmurlar konkret nəticə ortaya qoymadan yüksək maaşlarla kifayətlənirlər. Qərbin indiki ehtiyatlı və ürkək davranışı da bunu göstərir”.

Ekspertin qənaətinə görə, Zelenskinin açıqlamalarına məhz bu kontekstdən yanaşmaq lazımdır.

Rüfət Sultan, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
www.bakupost.az

1Источники