Tanınmış aranjimançı-bəstəkar, “Aşıqlar” qrupunun üzvü Nazim Əhməd 68 yaşında vəfat edib.
“Yeni Sabah” xəbər verir ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib.
N.Əhməd 2025-ci il oktyabrın 12-də insult keçirmiş və xəstəxanaya yerləşdirilmişdi. O, Respublika Neyrocərrahiyyə Mərkəzində müalicə alırdı. Oğlu Musa Əhmədov atasının əməliyyatı üçün təqribən 70 min manat vəsait tələb olunduğunu bildirmişdi.
Aydan Hacı
Telegram kanalımız