AZ

Tanınmış bəstəkar vəfat etdi

Tanınmış aranjimançı-bəstəkar, “Aşıqlar” qrupunun üzvü Nazim Əhməd 68 yaşında vəfat edib. 

 

KONKRET.az xəbər verir ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib.

N.Əhməd 2025-ci il oktyabrın 12-də insult keçirmiş və xəstəxanaya yerləşdirilmişdi. O, Respublika Neyrocərrahiyyə Mərkəzində müalicə alırdı. Oğlu Musa Əhmədov atasının əməliyyatı üçün təqribən 70 min manat vəsait tələb olunduğunu bildirmişdi.

Qeyd edək ki, Nazim Əhməd 1958-ci ildə Bakı şəhərində anadan olub. O,  müxtəlif illərdə Azərbaycan Konsert Birliyində “Bakının işıqları” və başqa musiqi kollektivlərində çalışıb. N.Əhməd “Aşıqlar” qrupunun aranjimançısı və sintezator ifaçısı idi. /yenisabah

Seçilən
1
3
konkret.az

4Mənbələr