RU

“Macarıstanda güclü seçki institutu var və əhali ona etimad göstərir”

“Macarıstanda dünənki parlament seçkilərində, əsl demokratik mübarizə və yüksək seçici fəallığı şəraitində müxalifət lideri qalib gəldi. İndi bütün Avropa bu seçkilərdə baş nazir V.Orban və P.Madyar arasındakı mübarizənin nəticəsindən məmnundur. Demokratiyaya olan ümidlər yenidən dirçəlir”. 

Adalet.az xəbər verir ki, bunu professor Qulu Məhərrəmli deyib. 

O, bildirib ki, ABŞ, Rusiya və daha bir neçə ölkə lideri Orbana açıq dəstək verirdi, amma xeyri olmadı:

“Nəticə göstərdi ki, Macarıstanda güclü seçki institutu var və əhali ona etimad göstərir. V.Orban Azərbaycanla dost idi, yaxşı əlaqələrimiz vardı, o, öz ölkəsini türk kökənli sayır, Türk dövlətləri təşkilatına dəstək verir, Türkiyə ilə dərin əməkdaşlıq edirdi, 16 illik hakimiyyətinin ilk illərində öz ölkəsində də xeyli populyar idi. Amma son illərdə onun Avropa İttifaqı ilə konfliktə girməsi, yanlış miqrant siyasəti, maliyyə uğursuzluqları, Rusiya yönümlü davranışları, Ukrayna əleyhinə addımları xalqda ciddi narazılıq yaratmışdı. Xalq Orbandan bezmişdi. Əlbəttə, Peter Madyarın hakimiyyətə gəlişi ilə Macarıstanın siyasətində müəyyən korreksiyalar olacaq, amma radikal dəyişikliklər baş verməyəcək. O cümlədən Türkiyə və Azərbaycanla münasibətlər də dəyişiklikdən bu zərər çəkməyəcək”.

Vasif ƏLİHÜSEYN

Избранный
21
29
adalet.az

10Источники