RU

Ötən həftə 191 mina və 1661 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprelin 6-12-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 144, tankəleyhinə 47 mina və 1661 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 2052,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
22
azertag.az

10Источники