RU

Tramp: İranla bağlı addımlar Venesuela ssenarisinə bənzəyəcək

ABŞ-nin İranla bağlı atacağı addımlar Venesuela ilə bağlı görülən tədbirlərə bənzəyəcək, lakin daha genişmiqyaslı olacaq.

Bakıvaxtı.az "Fox News" kanalına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, Vaşinqton "ya hamısı, ya heç nə" prinsipinə əsaslanan siyasət yürüdəcək. Bu isə o deməkdir ki, ya bütün ölkələr Hörmüz boğazından tam istifadə edə biləcək, ya da heç biri istifadə edə bilməyəcək.

"Düşünürük ki, bir çox ölkə bu məsələdə bizə kömək edəcək, lakin biz tam blokada tətbiq edəcəyik", – deyə Tramp qeyd edib.

ABŞ prezidenti vurğulayıb ki, NATO da Hörmüz boğazının təmizlənməsi ilə bağlı ABŞ-yə dəstək təklif edib.

Gülşən Şərif

Избранный
4
1
bakivaxti.az

2Источники