RU

İran ordusu HƏRƏKƏTƏ KEÇDİ: ABŞ və İsrailə son xəbərdarlıq “Məhv edəcəyik” KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran ordusu ABŞ və İsrail ilə əlaqəli olan gəmilərə sərt xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının bəyanatına görə, bu ölkələrlə bağlı olan gəmilərin Hörmüz boğazından keçidinə icazə verilməyəcək.

Məlumatı “Fars News” agentliyi yayıb.

Bəyanatda bildirilir ki, digər ölkələrə məxsus gəmilər isə İran Silahlı Qüvvələrinin müəyyən etdiyi qaydalara əməl olunmaq şərtilə əvvəlki kimi boğazdan keçə biləcəklər.

Eyni zamanda vurğulanır ki, müharibə başa çatsa belə, İran Hörmüz boğazı üzərində daimi nəzarət mexanizmi tətbiq etməyi planlaşdırır.

Xəbərdarlıqda qeyd olunur ki, əgər İran limanlarının təhlükəsizliyi təhdid altına düşərsə, Fars körfəzi və Oman dənizində yerləşən heç bir liman təhlükəsiz olmayacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
3
konkret.az

4Источники