RU

ABŞ bombardmançıları döyüş sursatı ilə hazır vəziyyətə gətirilib İrana yeni həmlə üçün

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-İran gərginliyi fonunda bu səhər Britaniyadakı Fairford aviabazasında çəkilmiş fotolarda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı təyyarələrin döyüş sursatı ilə yüklənmiş vəziyyətdə olduğu müşahidə olunub.

Kadrlarda B-1B Lancer və B-52H Stratofortress bombardmançılarının JDAM tipli aviasiya bombaları ilə təchiz edildiyi görünür.

Məlumata görə, həmin təyyarələr İrana qarşı mümkün hava zərbələri üçün uçuşa hazır vəziyyətdə gözləyir.

Eyni zamanda aviabazaya döyüş sursatları ilə yüklənmiş yeni nəqliyyat təyyarələrinin gəlməsinin davam etdiyi bildirilir.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
45
1
azpolitika.info

2Источники