ain.az bildirir, sport24.az saytına əsaslanaraq.
Millimizin hücumçusu Nəriman Axundzadənin də formasını geyindiyi "Kolambus Kryu" MLS-in Şərq Konfransında 7-ci tur oyununa çıxıb. Sport24.az xəbər verir ki, komanda "Orlanda Siti"ni qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Nəriman adı iştirak ərizəsində yer alsa da, oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Kolumbus Kryu" Şərq Konfransında 6 xalla 11-ci, "Orlanda Siti" isə 4 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.