Almaniya bundesliqasının 29-cu turunun “Sankt-Pauli” ilə oyunu “Bavariya” üçün əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, rəqibini 5 cavabsız qolla məğlub edən ölkə nəhəngi tarixi rekord müəyyən edib. Vensan Kompaninin komandası bu mövsüm bundesliqada vurduğu qol sayını 105-ə çatdırıb. Bununla da “Bavariya” 1971/72 mövsümündə qeydə alınan 101 qolluq klub rekordunu yeniləyib.
Bu qələbə ilə xallarının sayını 76-ya yüksəldən münhenlilər liderliyini davam etdirirlər. “Bavariya” çempionatın sonuna 5 tur qalmış ən yaxın izləyicisi “Borussiya”nı (Dortmund) 12 xal qabaqlayır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта