Adelet.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Əlim əlinə çatıbdı
Bilmirəm, olub bu necə...
Şəklin gözümdə yatıbdı -
Özün, sinəmdə bu gecə....
Allahın hikməti dərin
Yazanı var xeyir- şərin...
Fırladıb illərin pərin -
Közün, sinəmdə bu gecə...
Əbülfət, başdan belədi-
O, ancaq sevgi dilədi!
Cənnətin ətrin çilədi -
Üzün, sinəmdə bu gecə!..
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.