RU

Qayınana kürəkəninin yas mərasimində vəfat etdi - FOTO

Ağdam rayonunda baş verən bədbəxt hadisə iki nəfərin ölümü ilə nəticələnib.

 

İlkin Babayev iki gün əvvəl tikintidə işləyərkən faciəli şəkildə həyatını itirib.

 

Məlumata görə, o, beton tökmə işləri zamanı ikinci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıb. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan İlkin Babayevin həyatını xilas etmək mümkün olmayıb.

 

Bildirilib ki, dünən onun dəfn mərasimi keçirilərkən mərhumun qayınanası Nüşabə Cəfərovanın halı qəfil pisləşib. Stres səbəbindən vəziyyəti ağırlaşan qadın xəstəxanaya aparılsa da, onun da həyatını xilas etmək mümkün olmayıb.

 

Oxu.az

Ağdamda

Ağdamda

Tarix: 13 Aprel 2026, 10:12   
Избранный
2
8
pravda.az

9Источники